Son olaraq "Monako"nun baş məşqçisi olmuş Leonardo Jardim karyerasını Çində davam etdirə bilər.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Monako"dan ayrıldıqdan sonra heç bir yerdə çalışmayan 44 yaşlı mütəxəssis Çinin "Dalian Yifanq" klubunun "sükanı arxasına" keçə bilər. Fransa mətbuatının verdiyi xəbərdə Çin klubunun portuqaliyalı mütəxəssislə apardığı danışıqların müsbət yekunlaşdığı və yaxın günlərdə rəsmi açıqlama veriləcəyi bildirilir.Keçən mövsüm Çin Super Liqasını 11-cı yerdə tamamlayan "Dalian Yifanq"da Bernd Şuster baş məşqçilik edirdi.Milli.Az