“Report” xəbər verir ki, bu, 31 yaşlı ispaniyalı üçün London klubunun tərkibində sonuncu oyunu olub.
Fabreqas "Barselona"dan "Çelsi"yə 2014-cü ilin yayında keçib. Cari mövsümdə xavbek Premyer Liqa oyunlarından 6-da iştirak edib.
Seskin karyerasını Fransa "Monako"sunda davam etdirəcəyi bildirilir. KİV-in məlumatına görə, ispaniyalı artıq komanda ilə müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2,5 ili – 2021-ci ilə qədər olan müddəti nəzərdə tutur. Bundan əlavə futbolçu 6 milyon avrodan çox həcmdə bonus alacaq.
500 games in English football, what an achievement.
Thanks for the memories, @cesc4official. pic.twitter.com/masXnuEQuc