PSV-nin futbolçusu Nikolas İsimat-Mirinin "Beşiktaş"a keçidi rəsmiləşib.Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu keçid üçün PSV-yə 300 min avro ödəyəcək.Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2015-ci ildən Hollandiya klubunda çıxış edirdi. O, PSV-dən əvvəl Fransada "Valensyen" və "Monako" klublarında da oynayıb.Milli.Az