"Vaşinqton Post"da yenə ölkəmizin hədəfə alındığı növbəti yazı dərc edilib. Hətta ABŞ Prezidenti Trampın da total saxtakarlıqda suçlandırdığı bu qəzet bildirir ki, bizdə hazırda 10 jurnalist həbsdədir. Sadəcə iki sual vermək istərdim və ilk baxışda elə təsir bağışlamasa da, hər ikisi ritorik olacaq.

Publika.az xəbər verir ki, bu haqda Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev bildirib.

“Birinci sualım budur ki, əgər o 10 nəfər ingilis dilini mükəmməl bilsəydilər, onlardan hər hansı birini "Vaşinqon Post"da, yaxud da qərbdəki başqa bir media qurumunda jurnalist kimi çalışmağa qoyardılarmı və fəaliyyətlərini jurnalistika sayardılarmı? İkinci sualımsa budur ki, "Vaşinqton Post" nədən öz köşə yazarı, həm də bu qəzetin səhifələrində dərc etdirdiyi yazılarına görə tikə-tikə doğranan Camal Qaşıqçını qoyub, jurnalistikanın "j"sindən belə anlayışı olmayan, Mehman Hüseynov və digərləri üçün göz yaşı axıdır?”, - deputat qeyd edib.