İspaniya çempionatının 18-ci turunda "Barselona" səfərdə "Xetafe"ni məğlub edib-2:1.Milli.Az axşam.az-a istinadən bildirir ki, qonaq komandanın heyətində Lionel Messi və Luis Suares fərqlənib. Argentinalı bu mövsüm İspaniya çempionatında qollarının sayını 16-ya, uruqvaylı isə 12-yə çatdırıb. İki hücumçu birlikdə 28 qol vurub.Bu, "Barselona"nın əsas rəqibi "Real"ın ölkə çempionatında vurduğu qoldan (26 qol) çoxdur. Beləliklə, Messi-Suares cütlüyü "kral klubu"ndan üstün olub.Qeyd edək ki, İspaniya çempionatında bombardirlər siyahısına Messi başçılıq edir. Suares ikincidir. "Jirona"nın hücumçusu Kristian Stuani 11 qolla üçüncüdür.Milli.Az