1 ildir saçlarına şampun vurmur -

Virginia Trap adlı 2 uşaq anası avstraliyalı qadın 1 il əvvəl qəribə bir qərar qəbul edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 27 yaşlı Virginia 1 ildir ki, saçlarını təmizləmək üçün şampun və ya başqa kimyəvi maddələrdən istifadə etmir.

O, saçlarını 1 qaşıq soda içində əritdiyi su ilə yuyur. Karbonatın saç dərisində yaranan yağı yox etdiyini və beləliklə yağlı görünmədiyini deyən Virginia başqa məhsula ehtiyacı olmadığını bildirib.

Saçlarının yumuşaq olduğunu və asanlıqla darandığını deyən gənc qadın kimyəvi maddələrin olduqca zərərli olduğunu bildirib.

Uşaqları üçün də eyni üsuldan istifadə edən Virginia onların kimyəvi maddələrdən uzaq sağlam şəkildə böyüməsini istəyir. Bloq yazan və təcrübələrini paylaşan qadın eyni zamanda qəzetlər və jurnallar üçün məqalələr hazırlayır.





https://metbuat.az/news/1105992/gunesin-dogulmadig...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR