"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Maduro mətbuat konfransında bildirib.
"Bu şeytan mələk üzü ilə bütün Venesuelaya qarşı çıxır. Çünki Kolumbiya oliqarxiyası Venesuela xalqına nifrət edir", – deyə Maduro bildirib.
Maduronun sözlərinə görə, qruplaşma üzvlərinin ötən ilin 4 avqustunda ona qarşı yönəldilmiş uğursuz sui-qəsdi Kolumbiya ərazisində hazırlanıb.
"Onlardan xahiş etdik ki, sui-qəsdçiləri həbs etsinlər. Cavab sükutdur. Onların (Kolumbiya hakimiyyətinin - red) etikası və əxlaqı yoxdur", - deyə Maduro qeyd edib.
Venesuela prezidenti Nikolas Maduro daha əvvəl ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.