Azərbaycan, Bakı, 14 yanvar /Trend/
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 1800-dək Sabunçu, işlər başa çatanadək isə Binəqədi, Nizami və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az