İspaniyalı futbolçu Sesk Fabreqas İngiltərənin "Çelsi" klubundan Fransa çempionatının komandası "Monako"ya keçib.Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Monako"nun mətbuat xidməti xəbər yayıb.İspaniyalı yarımmüdafiəçi ilə bağlanan müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin təfərrüatları açıqlanmır.Qeyd edək ki, Fabreqas "Çelsi"də 2014-cü ildən çıxış edir. Komandanın heyətində o 198 oyun keçirib, 22 qol vurub və 57 məhsuldar ötürmə edib.İspaniya millisində futbolçu 110 oyun keçirib və 15 qola imza atıb.Milli.Az