Məşhur ispaniyalı futbolçu "Monako"ya keçdi

Məşhur ispaniyalı futbolçu "Monako"ya keçdi
07:48 12 Yanvar 2019
79 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Çelsi" klubunun futbolçusu Sesk Fabreqas karyerasını "Monako"da davam etdirəcək.

Publika.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 30 iyun 2022-ci ilədək müqavilə bağlanılıb. 31 yaşlı oyunçu 10 milyon avrodan çox bonus əldə edəcək.

Fabreqas "Çelsi"də 2014-cü ilin yayından çıxış edib. O, əvvəllər "Barselona" və "Arsenal"ın da formasını geyinib. Cinah oyunçusu bu mövsüm Premyer Liqada 6 matçın iştirakçısı olub.

Hazırda "Monako" Fransa Liqasında 19-cu pillədə qərarlaşıb. Tyerri Anrinin baş məşqçi olduğu komanda XX turda "Marsel"in qonağı olacaq. Oyun yanvarın 13-də "Velodrom" stadionunda keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/265940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR