Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb

Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb
08:22 13 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Fransanın şimalında, Vissan şəhəri yaxınlığında Birinci Dünya müharibəsinə aid UC-61 alman sualtı qayığının qalıqları tapılıb.
Bu barədə "Report" "La Voix du Nord" nəşrinə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, sualtı qayıq dənizdə güclü çəkilmə sayəsində aşkar edilib. UC-61 1917-ci ilin iyulunda suyun dayaz yerində ilişib.
"O, burada sahilə "oturub", çünki bu, mina gəmisi idi. Onun vəzifəsi minaları təyin etməkdən ibarət idi" – deyə qəzet bildirib.
Həmin vaxt sualtı qayığın 25 nəfərlik heyət üzvü təxliyyə edilib. Sualtı qayıq partladılıb ki, düşmənin əlinə keçməsin. 
Daha əvvəl ABŞ-ın Miçiqan gölündə çimən iki qız Birinci Dünya Müharibəsindən qalmış bomba tapıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/vissan-seheri-yaxinliginda-alman-sualti-qayiginin-qaliqlari-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR