Perunun "Las-Palmas" çimərliyində partlayış baş verib

Perunun "Las-Palmas" çimərliyində partlayış baş verib
09:52 13 Yanvar 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Perunun "Las-Palmas" çimərliyində yerləşən klubda baş vermiş partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli təhlükəsizlik xidmətlərinə istinadən "El Comercio" qəzeti yazıb.
"Biz klub yaxınlığında iki qaz balonu tapdıq, partlayış nəticəsində binanın şüşələri qırılıb. Bir neçə nəfərdə cüzi xəsarətlər var. Vəziyyət nəzarət altındadır", - deyə nəşr fövqəladə hallar xidmətinin nümayəndəsi Vito Monopolinin sözlərini sitat gətirib.
Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. İnsidentin başqa təfərrüatları məlum deyil.
Daha əvvəl Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/perunun-las-palmas-cimerliyinde-partlayis-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR