Bakı. trend:

Boliviyada öz vətənində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Braziliya prezidenti Jair Bolsonarunun müşaviri Filip Martins bildirib.

F.Martins deyib: "İtaliyalı terrorçu Çezare Battisti axşam saatlarında Boliviyada saxlanılıb və yaxın zamanda Braziliyaya yollanılacaq. Ehtimal edilir ki, Ç.Battisti cəzasını çəkmək üçün Braziliyadan İtaliyaya deportasiya ediləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin