"Barselona" dünyada oyunçulara ildə 500 milyon avrodan çox maaş ödəyən birinci klub olub.
Metbuat.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, bununla bağlı KPMG auditor şirkətinin apardığı araşdırmada bildirilir. Qeyd olunur ki, Kataloniya təmsilçisi 2018-ci ildə futbolçuların əmək haqqına 562 milyon avro xərcləyib. Bu isə 2017-ci illə müqayisədə 42 faiz çoxdur.
"Barselona"nın 2018-ci ildə əsas xərci "Liverpul"dan yarımmüdafiəçi Filippe Koutinyo və "Borussiya"dan (Dortmund) hücumçu Usman Dembelenin transferinə və futbolçusu Lionel Messi ilə müqavilənın müddətini uzatmasına çıxıb.
Daha əvvəl yayılan xəbərə görə, "Barselona" il ərzində oyunçusuna orta hesabla 11 milyon avro maaş verən ilk klub kimi tarixə düşüb.