Soyundurulan, döyülən, saçı kəsilən GƏLİNLƏR

Son dövrlər bəzi Kütləvi İnformasiya Vasitələrində ailədaxili münaqişələri əks etdirən görüntülər yayılmaqdadır.

Həmin videolarda xəyanət iddiasıyla hansısa qadın ya döyülür, ya saçı kəsilir, ya da çılpaq halda görüntülənir. Bu azmış kimi Kütləvi İnformasiya Vasitələrində tirajlanaraq, minlərlə insana ötürülür. Bəs, qanun məsələyə nə deyir?

“Bu kimi videolarının mediada yayılması qanun pozuntusudur”.

Sözləri Metbuat.az saytına açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, məlumatı yayan saytları məhkəməyə vermək olar:

“Həmin videolar çox vaxt həyat yoldaşı tərəfindən çəkilir. Həyat yoldaşı həmin anda özündə olmaya bilər. Həmin şəxsi cəzalandırmaq üçün videonu çəkib, mediaya ötürə bilər, lakin saytlar bunu verməməlidir. Ailə belə olsa, hər bir insanın şəxsi həyatının toxunulmazlıq hüququ var. Bunların hamısı qanun pozuntusu sayılır. Ən əsas pozuntunu isə həmin videonu yayan Kütləvi İnformasiya Vasitələri törədirlər.

İnternet saytlarında bu cür məlumatları yayan şəxslər məsuliyyət daşıyırlar. Həmin videolar kiminsə şərəf və layəqətinə, şəxsi həyatına toxunursa, o məlumatı yayan saytları məhkəməyə vermək olar. Bu, çox ciddi qanun pozuntusudur. Həmin saytlar cinayət məsuliyyətinə cəlb olsa, bu cür məlumatların mediaya yayılmasının qarşısı alınar.

Axrıncı yayılan görüntülərdə də xanım videoya çəkilməsinə etiraz edir. Bu görüntülərin nəinki birinci, hətta istinad olaraq verilməsi də qanun pozuntusu hesab edilir. Hadisə barədə məlumat verilməsi heç bir problem yaratmır. Amma sırf görüntülərin yenidən paylaşılması belə pozuntudur. Bu videonu yayan şəxsləri cinayət məsuliyyəti, cərimə cəzası, hətta azadlıqdan məhrumetmə halları gözləyir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Evdə əti donduran şəxslər, DİQQƏT! - Ən təhlükəsiz üsul / AQTA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR