Sərt hava ilə bağlı texnikalar hazırlıq vəziyyətinə gətirilir

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.

QSC-dən bildiriblər ki, departamentlərdə, stansiya, təşkilat və müəssisələrdə, bütün sutkanı əhatə etməklə, məhsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Eyni zamanda "Fövqəladə Hallar Qatarı" MMC-nin bölmələrində, İnfrastruktur Departamentinin yol, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarında texnikalar hazırlıq vəziyyətinə gətirilir, stansiyalarda uzunmüddətli dayanmış hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsi üçün onlar etibarlı şəkildə bərkidilir.

Kəskin hava şəraitində sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə, maşinistlərin daha sayıq olmaları üçün əlavə təlimlər keçirilib, müvafiq qaydada tapşırıqlar verilib.

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR