"Salahın transferi ilə bağlı yalan danışırlar" - Mourinyo

"Salahın transferi ilə bağlı yalan danışırlar" - Mourinyo
12:37 18 Yanvar 2019
66 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin keçmiş baş məşqçisi Joze Mourinyo klubun hücumçusu Məhəmməd Salahın 2015-də "Roma"ya transferindən danışıb.Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun sabiq çalışdırıcısı keçiddə heç bir rolunun olmadığını deyib."Salahın transferi ilə bağlı yalan danışırlar. Hamı məni qınamağa cəhd edir. Həqiqət belə deyil. Salahı "Çelsi"yə mən gətirmişəm. Bazel"lə oyunda onu gördüm. Rəhbərlikdən xahiş etdim ki, bu futbolçunu alsınlar. Həmin vaxt Hazard və Villian bizə bəs edirdi. Amma Salahın keçidini israrla istəyirdim. Dediyim kimi, Salahı mən gətirmişəm. Onu "Çelsi" satıb, mən yox", - Mourinyo bildirib.Hücumçu ötən mövsüm İngiltərə çempionatının bombardiri olub. "Liverpul"da iştirak etdiyi 36 matçda 32 qola imza atıb. Bu mövsüm misirli hücumçu Pyer-Emerike Obameyanq ("Arsenal") və Harri Keynlə ("Tottenhem") rəqabət aparır. Hər üçü aktivinə 14 qol yazdırıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/722387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR