​“Silk Way Helicopter Services” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçuş həyata keçirilib

18 yanvar 2019-cu il, Bakı – “Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirib.

Metbuat.az xəbər verir ki, uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilib.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılmışdır və həyatı üçün heç bir təhlükə yoxdur.

İnsanların həyatını xilas etmək SWHS üçün prioritetdir və onun əsas məqsədlərindən biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR