“Sumqayıt”ın Bosniya və Herseqovina komandası ilə oyunu baş tutmayıb

“Sumqayıt”ın Bosniya və Herseqovina komandası ilə oyunu baş tutmayıb
17:02 19 Yanvar 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” komandasının bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutmayıb.
“Report”un məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Bosniya və Herseqovina təmsilçisi “Çelik”lə qarşılaşamalı olsa da, matç rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəbindən reallaşmayıb.
Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama görüşündə Qazaxıstanın “Jetısu” komandası ilə heç-heçə edib - 1:1. “Gənclik şəhəri” təmsilçisi yanvar 22-də “Vardar” (Makedoniya), 26-da isə “Zemun”la (Serbiya) qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-in-bosniya-ve-herseqovina-komandasi-ile-oyunu-bas-tutmadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR