Bakı. Trend:

Boliviyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 12-dən çox insan ölüb.

Trend-in məlumatına görə, hadisə ölkənin Çalyapata bələdiyyəsində baş verib. Hadisə nəticəsində xəsarət alanlar da var.

Ölənlər və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur, ancaq KİV-lər hər iki avtobusun tam məhv olunduğu barədə yazır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin