Haşımova dəhşətli gecədən danışdı: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"

Haşımova dəhşətli gecədən danışdı: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"
13:47 20 Yanvar 2019
99 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova bildirib.Onun sözlərinə görə, "Vətən" cəmiyyətinin xətti ilə Türkiyə səfərinə hazırlaşırmış və məşqdən evə qayıdanda "Qızıl ordu dairəsi"ndə bütün yollar bağlanmışdı: "İnsanlar küçələrdə təşviş içindəydilər. Soruşdum bu nədir? Dedilər, rus qoşunları şəhərə girməsin deyə insanlar toplaşıb. Heç çox keçmədi, yaşadığım evin eyvanında dayanıb hadisənin hara varacağını həyəcanla izləyirdim ki, birdən tanklardan dayandığım eyvana atəş açıldı, insanların qışqırığı, fəryadı göylərə qalxdı. Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım", - Aybəniz Haşımova qeyd edib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/722929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR