Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur (FOTO)

Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur (FOTO)
09:36 21 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 18-20-də Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” zirvə görüşü keçirilir. 2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 gün davam edəcək zirvə görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil ediləcək.

Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Tədbir çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qucarat ştatının Baş nazirinin müavini Nitin Patel ilə görüşüb. Sahib Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və ardıcıl islahatlar, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3008230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR