Boliviyada içərisində Argentinanın "Sikles Klub Lavalye" həvəskar futbol komandasının oyunçularının da yer aldığı avtobus qəzaya uğrayıb.Milli.Az report-a istinadən xəbər verir ki, avtobus 130 metr hündürlükdən yarğana düşüb. Hadisəyə səbəb nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması olub.Qəza nəticəsində 4-ü futbolçu olmaqla, 13 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Yaralananlar arasında 6 futbolçu var.Qeyd edək ki, yanvarın 20-də Boliviyada iki avtobusun toqquşması nəticəsində azı 22 nəfər həyatını itirib, 37 nəfər xəsarət alıb.Milli.Az