Rusiyada bananlar arasında 50 kiloqram narkotik tapıldı

Rusiyada bananlar arasında 50 kiloqram narkotik tapıldı
15:50 21 Yanvar 2019
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində gömrük polisi tərəfindən keçirilmiş axtarış nəticəsində bananların arasında 50 kiloqram narkotik vasitə tapılıb.

Trend-in məlumatına görə, 47 bağlamaya bükülmüş kokain maddəsi soyuducu konteynerin örtüyünün altında aşkar edilib.

Qeyd olunur ki, banan konteynerləri Rusiyaya Ekvadordan gətirilib.

Hazırda məhsulun kimə məxsus olduğu araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3008477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR