24 ildir danışmadığı bibisinin efirə çıxması Oksananı utandırdı

24 ildir danışmadığı bibisinin efirə çıxması Oksananı utandırdı
16:17 21 Yanvar 2019
157 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Oksana Rəsulovanın 24 ildir bibisi ilə danışmadığı ortaya çıxıb.Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Səni axtarıram" verilişində bildirilib. Belə ki, rəqqasənin bibisi mülk problemi üçün proqrama müraciət edib.Veriliş zamanı onun Oksananın bibisi olduğu deyilib. O, 24 ildir qardaşı qızı və ailəsi ilə danışmadığını söyləyib.Növbəti gün isə qadın Oksananın ona zəng edib, qınadığını deyib:"Zəng etdi, dedim bağışla, səhv etmişəm qohumluq əlaqəmi demişəm. Üzr istəyirəm, mən mülkü məsələm üçün gəlmişəm. Deyir, niyə deyirsən efirdə mənim qohumumsan. Səni tanımıram, bunu bildirmə. Eybi yox, olsun. O da qardaşımın balasıdır. Bura öz işim üçün gəlmişəm, mülküm əsarət altındadır".Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/723220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR