Qvatemalada avtobusda partlayış nəticəsində 6 nəfər yaralanıb

Qvatemalada avtobusda partlayış nəticəsində 6 nəfər yaralanıb
05:22 22 Yanvar 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Bazar ertəsi Qvatemalanın eyniadlı paytaxtında sərnişin avtobusunun salonunda partlayıcı qurğu işə düşüb. Nəticədə 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin milli mülki polisi məlumat yayıb.
İlkin məlumata görə, daha çox partlayıcı qurğunu işə salan 19 yaşlı qız zərər çəkib.
"Prensa Libre" portalı qeyd edir ki, çox güman o, sürücünü qorxudaraq onun pullarını əlindən almaq istəyib və partlayış təsadüfən olub.
Bununla belə yerli polis qızın hansısa cinayətkar qruplaşmaya aid olub-olmadığını hələ müəyyən etməyib. Hazırda yaralı xəstəxanadadır və o, hər iki qolunu itirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qvatemalada-avtobusda-partlayis-neticesinde-6-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR