Britaniyanın Kolumbiya Universitetində araşdırma aparan alimlər, ilk dəfə kök hüceyrələrini istifadə edərək, xüsusi qabda insan damarı kimi eyni cür işləyən maddə hazırlamağı bacardı. Orqanoit adı verilən bu damara bənzər strukturlar, bir çox ciddi xəstəliyə çarə ola biləcək.Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir müddətdir süni mühitdə damar hazırlamaq üçün araşdırma aparan alimlər, nəhayət bunu bacardılar. Kök hüceyrələri istifadə edilərək, xüsusi qabda hazırlanmış "vaskulyar orqanoit" adlı toxumalar, insan bədənində olan damarların funksiyaları ilə eyni funksiyaları reallaşdıra bilirlər.Araşdırmaçılar tərəfindən insan damarlarının quruluşunu və funksiyasını təqribən eyni ilə təqlid etdiyi deyilən orqanoitlərin bir çox bölgədə qüsursuz işlədiyi ifadə edildi. Araşdırma elm dünyasında böyük maraq yaradıb və tibb dünyasında da ümidverici olaraq təyin olundu. Alzheimer, ürək narahatlıqları, xərçəng və diabet kimi fərqli növdə sıx rastlaşılan narahatlıqlara, birbaşa və bilvasitə ümid mənbəyi oldu.Milli.Az