Vatsapda problem yarandı

Vatsapda problem yarandı
02:03 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bir sıra ölkələrin internet istifadəçiləri "Vatsap"ın işində nasaqlığın yarandığını bildiriblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, messencer fəaliyyətindəki problemlərlə Rusiya, Böyük Britaniya, Almaniya, Braziliya və digər ölkələrin istifadəçiləri üzləşib. İstifadəçilər bir-birləri ilə əlaqə yaratmaqda, məktublaşmaqda və öz akkauntlarına daxil olmaqda çətinliklə üzləşiblər.

Qeyd edək ki, bir müddət əvvəl də "Vatsap" messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problem yaşayıblar. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/267119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR