Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək
11:50 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev yanvarın 26-da saat 11:00-da Şirvan şəhərindəki Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küç. 1B) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Şirvan şəhərinin, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsi, Şirvan gömrük postu (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3009371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR