15 yaşlı uşaq erkən doğum etdi

Bolivyanın Varnes şəhərində 15 yaşlı bir uşaq hamiləliyinin 36-cı həftəsində erkən doğum edib.

Metbuat.az Türkiyə mediasına istinadla bilidirir ki, həkimlər xəstəxanada boş küvəz olmadığı üçün körpəni başqa bir xəstəxanaya göndərmək əvəzinə körpəni işıqları çox güclü olan küvəzə qoyublar.

Ana uşağına süd vermək üçün getdikdə uşağın qolunda yanıqlar olduğunu görüb və vəziyyəti həkimlərə bildirib. Daha sonra başqa xəstəxanaya köçürülən körpə bədənindəki yanıqlar səbəbilə xilas edilə bilməyib.

Boliviya Səhiyyə Nazirliyi həkimlər və tibb bacıları barəsində işlərinə səhlənkar yanaşma səbəbilə cinayət işi açıb.

http://metbuat-az.com/news/1114930/itkin-parasutcu...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR