Piyadanı vuran sürücülər hansı halda məsuliyyət daşımır?

Piyadaların vurulması bu gün ümumi yol-nəqliyyat hadisələrinin 65%-ni təşkil edir.

Bu hadisələrin heç də hamısı sürücü məsuliyyətsizliyindən baş vermir. Maraqlıdır, piyada keçidində və piyada keçidi olmayan yerdə sürücünün piyadanı vurması qanunla necə tənzimlənir? Sürücü hansı halda məsuliyyətə cəlb olunur?

Mövzuyla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Heyrat Qarayev bildirib ki, yol hərəkəti zamanı baş vermiş bütün hadisələrə görə sürücü məsuliyyət daşıyır:

“Çünki sürücü yol gedərkən qarşısına hər hansı vətəndaşın çıxacağını öncədən nəzərə almalıdır. Bəzən hadisənin baş verməsinə sürücünün diqqətsizliyi, sərxoşluq halı, yaxud hansısa sürücünün psixatrop dərman qəbul etməsi səbəb olur. Ona görə də, bu kimi qəzalar baş verən zaman məhkəmə ekspertizası təyin olunur və hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

Hətta sərnişinin qəflətən avtomobil yoluna çıxması belə sürücünü bu məsuliyyətdən azad etmir. Bu, bütün hallarda sübuta yetirilməlidir. Piyadanın vurulması hadisəsi Cinayət Məcəlləsinin 263 və 264-cü maddələriylə tənzimlənir. Burada cəzanın dərəcəsi müəyyən olunması ekspertin rəyiylə bağlıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu il Bakıya QAR YAĞACAQ? - Baş hidroloq AÇIQLADI – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR