Sayğacın ekranında F12 və F13 yazılıbsa

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri də Smart sayğacının ekranına yazılan yazılarla bağlıdır.

Smart sayğacın ekranında F12 və F 13 yazılıbsa, nə etməli?

Metbuat.az xəbər verir ki, sulla bağlı “Azəriqaz” İstehsalat Birliyindən verilən cavabda bildirilir:

“Sayğacın ekranında F12 yazılarsa, kartın həmin sayğaca aid olmadığı anlamına gəlir. Sayğacın ekranında F13 yazılarsa, kartın həmin sayğaca aid olmamasıyla yanaşı, smart kartın boş olduğu anlamına gəlir. Hər iki halda, məsələni araşdırmaq üçün şəxsiyyət vəsiqəsi, smart kart və sayğacın nömrəsini götürüb, yerli xidmət sahələrinə, “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə yaxınlaşmaq lazımdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Piyadanı vuran sürücülər hansı halda məsuliyyət daşımır? - Hüquqşünas rəyi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR