Pompeo Maduronu hakimiyyəti Quaidoya təhvil verməyə çağırıb

Pompeo Maduronu hakimiyyəti Quaidoya təhvil verməyə çağırıb
02:02 24 Yanvar 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaidoya təhvil verməyə çağırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Venesuela xalqının Nikolas Maduronun diktaturasından kifayət qədər əziyyət çəkdiyini deyib.
"Venesuela xalqı Nikolas Maduronun faciəvi diktaturasından kifayət qədər əziyyət çəkib. Biz Maduronu getməyə və xalqın iradəsini təmsil edən qanuni liderə yol açmağa çağırırıq. ABŞ prezident Quaidonu ölkə azad və ədalətli seçkilərə hazırlaşıncaya qədər, Venesuelaya rəhbərlik edəcək keçid hökumətinin formalaşdırılmasında dəstəkləyir", - deyə o bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pompeo-maduronu-hakimiyyeti-quaidoya-tehvil-vermeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR