Hücum HƏR AN başlaya bilər - Türkiyədən XƏBƏRDARLIQ

Hücum HƏR AN başlaya bilər - Türkiyədən XƏBƏRDARLIQ
13:28 24 Yanvar 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffri bu gün Türkiyəyə gələcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

ABŞ Suriyadan nə vaxt çəkiləcəyinə gəlincə, nazir dəqiq bir tarixin olmadığını deyib.

“Təhlükəsiz zonadan nə anladıqlarına dair dəqiq heç bir şey yoxdur, müzakirələrimizi davam etdiririk. YPG ilə əlaqələrin kəsilməsi üçün də ABŞ-la müzakirələr aparırıq. Münbiçin yol xəritəsinin Fəratın şərqində tətbiq etmək ən sağlam həll yoludur. Münbiçdə YPG-dən sonra kimlər olacaq? Bunları ABŞ-la müzakirə edirik”, - Çavuşoğlu söyləyib.

PYD/YPG terror təşkilatının Suriyanı bölməyə çalışdığını deyən Çavuşoğlu Türkiyənin Suriyaya müdaxilə haqqı olduğunu qeyd edib.

“Suriyada Şimali İraqdakı kimi təhlükəsiz zona olmayacaq. Suriyada təhlükəsiz zonanın qurulması prezident Rəcəb Tayyib Ərdoğanın fikridir. ABŞ və digər ölkələr bu mövzuda bizimlə əməkdaşlıq etmək istəyirlərsə, biz bunun əleyhinə deyilik. Biz təhlükəsiz zonanı təkbaşına da qura bilərik. Coğrafi vəziyyəti nəzərə alaraq, təklif olunan 20 mil dəyişdirilə bilər.

Baş komandandan əlavə təlimat almamışıq. Müəyyən bir müddət gözləyəcəyik. İstənilən vaxt bir əməliyyatın təşkil edilməsi üçün hazırlıq görülür”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/267293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR