Politoloq: Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün aparıcı ölkəsi olmaq Azərbaycan üçün böyük əhəmiyyətə malikdir

Politoloq: Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün aparıcı ölkəsi olmaq Azərbaycan üçün böyük əhəmiyyətə malikdir
14:22 24 Yanvar 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Çinin qlobal əhəmiyyətli "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ölkələrdən biridir. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Müasir infrastrukturun yaradılmasının Azərbaycan hökumətinin ən əsas məqsədlərindən biri olduğunu deyən politoloq hesab edir ki, ölkəmiz coğrafi vəziyyətindən faydalanaraq əsasən infrastruktura, yəni daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görür: "Azərbaycan yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura investisiya yatırırıq. Həmçinin nəqliyyat infrastrukturuna sərmayə yatırılıb. Bu da ölkəyə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək".

N.Məmmədova bildirib ki, müasir dünyanın ən genişmiqyaslı inteqrasiya təşəbbüslərindən biri olan "Bir kəmər, bir yol" Çinin "İpək yolunun iqtisadi qurşağı" və "XXI əsrin İpək Yolu" layihələrinin birləşməsinin nəticəsi olaraq 2013-cü ildə irəli sürülüb: "Regional iqtisadi əməkdaşlığın yeni mexanizmlərinin işlənib hazırlanması, tərəfdaş ölkələrin iqtisadi cəhətdən çiçəklənməsi, sülh və dayanıqlı inkişaf, müxtəlif sivilizasiyalar arasında bütün sahələrdə, o cümlədən mədəni əlaqələrin möhkəmlənməsi layihənin əhəmiyyətini artırır".

Politoloq bu fikirdədir ki, Avrasiya materikinin böyük bir hissəsini əhatə edən, planetin əhalisinin 63 faizinin yaşadığı ölkələri əhatə edən, 21 trilyon dollar dəyəri olan iri layihənin aparıcı ölkəsi olmaq Azərbaycan üçün böyük əhəmiyyətə malikdir:

"Prezident İlham Əliyev Davosda adıçəkilən layihəyə həsr olunmuş sammitdə çıxışında ona yüksək qiymət verib və Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini, Azərbaycanın özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaratdığını bildirib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3009940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR