Perunun Sakit okean sahillərində güclü zəlzələ baş verib.Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin 5,6 bal gücündə yerli vaxtla saat 4.45-də qeydə alınması barədə məlumat yayıb.Zəlzələnin episentri Rio-Qrande yaşayış məntəqəsindən 19 kilometr qərbdə olub.İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.Milli.Az