"Müəyyən yaşda olan uşaqların seçim və istəkləri nəzərə alınacaq"

"Uşaqlar övladlığa verildikdən sonra 18 yaşınadək onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən monitorinq aparılacaq".

Metbuat.az bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, mütəmadi olaraq həmin uşaqlar nəzarətdə saxlanılacaq:

"Hər bir uşağa layiqli ailə tabacağıq. Təbii ki, burada növbəlik qaydaları olacaq. Lakin indiki yanaşmadan, yəni növbəsi çatan valideynin uşağı aparmaq prinsipindən fərqli olaraq, hər bir uşağa layiqli valideyn seçiləcək. Burada valideynlərə qoyulan müəyyən kriteriyalar olacaq. Eləcə də, müəyyən yaşda olan uşaqların seçim və istəkləri nəzərə alınacaq. Beynəlxalq təcrübədə istifadə olunan valideynlə namizədlə uşaqların meyarlarının tutuşdurulması aparılacaq. Uşaq üçün ən uyğun gələn namizəd seçiləcək. Bu proses bal sistemiylə həyata keçiriləcək. Həmin bal sistemi qurulub, artıq onun üzərində işlər gedir. İlkin mərhələdə bir neçə aylıq sınaq müddətində uşağın həmin ailədə yerləşdirilməsi nəzərdə tutulur. Bu prosesə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları nəzarət edəcək, mütəmadi monitorinqlər aparılacaq. Həmin prosesin axırında valideynlər nazirlik tərəfindən təşkil olunan təlimlərdə iştirak edəcək. Həmin təlimdə qiymətləndirmə prosesi həyata keçiriləcək. Sonda bütün meyarlar uyğun gəldiyi təqdirdə övladlığa götürmə məsələsi təsdiqlənəcək.

Qeyd etdiyimiz kimi, uşaq övladlığa verildikdən sonra 18 yaşına kimi nazirlik tərəfindən monitorinq aparılacaq. Burada uşağın qayğısına qalma məsələsinə baxılacaq".

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR