İranda ölümə səbəb olan dörd əsas amil

İranda ölümə səbəb olan dörd əsas amil
11:27 14 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

İranda ölümə səbəb olan başlıca amillər infarkt, insult, xərçəng və avtomobil qəzalarıdır
Bunu İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verir.

Onun sözlərinə görə, son statistikaya əsasən, ildə 93 min iranlı infarktdan dünyasını dəyişir və bu, ölümə səbəb olan birinci əsas amildir:

“İldə 43 min nəfər insult, 30 min nəfər xərçəng xəstəliyi və 19 min nəfər avtomobil qəzaları nəticəsində həyatını itirir”.

İran KİV-in məlumatına görə, ölkədə gənclər arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin və infarkt hallarının sayı artıb. Ötən 20 il ərzində ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin əksəriyyəti 50-60 yaş arasında olan şəxslər idisə, indi bu hal yaşı 30-dan aşağı olan gənclərdə daha çox müşahidə edilir. Ölkə əhalisindən kişilərin 43 faizi, qadınların isə 38 faizi artıq çəkidən əziyyət çəkir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR