"Parma" klubu heyətini yeni futbolçuyla gücləndirib.Milli.Az Goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Fiorentina"dan Abdu Diakateni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.20 yaşlı yarımmüdafiəçiylə 2023-cü ilə qədər müqavilə imzalanıb.Qeyd edək ki, seneqallı futbolçu "Fiorentina"nın gənclərdən ibarət komandasında forma geyinirdi.Milli.Az