Küləkli havada tikinti işləri dayandırılmalıdır?

Küləkli, əlverişsiz hava şəraiti çox vaxt tikinti obyektlərində bədbəxt hadisələri qaçılmaz edir.

Qanun işçilərin bu cür havada çalışdırılmasına nə deyir?

“Azərbacan Respublikasının Qanunvericiliyinə görə, tikintini aparan hüquqi, yaxud da fiziki şəxs orada çalışan işçilərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, tikinti yerlərinin rəhbərləri qanunvericilikdə nəzərdə tutulmuş tikinti təhlükəsizlik qaydalarına riayət etməlidirlər:

“Təhlükəli hava şəraitində işlərin dayandırıması mütləq vacibdir. Əks təqdirdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində tikinti təhlükəsizlik qaydalarının pozulmasıyla bağlı maddə var. Orada hər hansı bir şəxsin sağlamlığına zərər yetirilərsə, yaxud bir və ya bir neçə şəxs ölərsə, cinayət məsuliyyəti var.

Bu kimi hallar Cinayət Məcəlləsinin İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Həmin fəslin 162-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və az ağır zərər vurulursa, buna məsul olan şəxsləri ya 2 min manatdan 3 min manatadək cərimə, ya 2 ilə qədər islah işləri, ya 1 ilə qədər azadlığın məhdudlaşdırılması, ya da 6 ayadək azadlıqdan məhrumetmə cəzası gözləyir. Söhbət bir şəxsin ölümündən gedirsə, bu halda 3 ilədək müəyyən vəzifə tutmaq, fəaliyyətlə məşğul olmaq hüququndan məhrumedilməklə, və ya edilməməklə 5 ilədək azadlıqdan məhrumetməylə cəzalandırılır. 3 və daha artıq şəxs ölərsə, 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilmək və edilməməklə, 3 ildən 7 ilədək azadlıqdan məhrumetməylə cəzalandırılır.

Dövlət və qanun üçün ən əsas şey insan həyatıdır. İnsan həyatı olduğu təqdirdə, istənilən işin dayandırılması, yaxud təxirə salınması vacibdir. Ümumiyyətlə, hava şəraitindən asılı olmayaraq, bütün hallarda tikinti obyektlərində çalışan işçilər lazım olan geyimlərlə təmin olunmalı, rəhbərlik tərəfindən də buna nəzarət olunmalıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Kirayədə qalanlara ŞAD XƏBƏR - Evin sahibi ola bilərsiniz


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR