Bakı. Trend:

Burkina Fasonunun Nassumbu yaşayış məntəqəsində (Sum əyaləti) radikal silahlılar hərbi bazaya hücum ediblər.

Trend-in məlumatına görə, silahlıların hücumu nəticəsində müdafiə və təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha 4-ü isə yaralanıb.

Bildirilir ki, bazanın hərbçiləri yardıma gələn hərbçilərlə birlikdə radikallarla atışmaya başlayıblar. Nəticədə hücum edən silahlılar Mali sərhədi istiqamətində geri çəkiliblər.

Xatırladaq ki, yanvarın 27-si bir qrup silahlı şəxs Sum əyalətinin Sikire yaşayış məntəqəsinə hücum edib. Hücum edən silahlılar yaşayış məntəqəsində 10 nəfəri qətlə yetiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin