"Azərbaycanda dövlət dinə qarşı deyil, radikalizmə qarşıdır".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov "Dini və ideoloji təhlükəsizlik mövzusunda keçirilən seminar-müşavirə zamanı deyib:

"Tariximizə fikir versək görərik ki, Azərbaycan heç bir dini münaqişə zəminli müharibədə iştirak etməyib. Cəmiyyətimizə radikalizm xas deyil, ona görə ölkəmizdə dini radikalizm mövcud deyil. Cəhdlər var, ancaq bu, kütləvi deyil. Dövlətimiz tərəfindən belə cəhdləri etməyə çalışanlara qarşı tədbirlər həyata keçirilir".

Sərdar Məmmədov / Metbuat.az