Yığmamızın baş məşqçi postuna əsas namizəd olan italiyalı məşqçilik karyerasına 1998-ci ildə başlayıb. 6 il "Napoli"nin müxtəlif komandalarında çalışan Alessio sonradan "İmolese" (2004-05), "Massese" (2006-07) və "Spal"da (2008) baş məşqçi olub.İtaliyalı mütəxəssis daha çox məşhur həmyerlisi Antonio Kontenin köməkçisi kimi tanınır. O, son 8 ildə bu mütəxəssisin köməkçisi olub. Alessio 2010-11-ci illərdə "Syena", 2011-14-cü illərdə "Yuventus"da, 2014-16-cı illərdə İtaliya millisində, 2016-18-ci illərdə isə İngiltərə "Çelsi"sində Konte ilə çalışıb. 2012-ci ilin oktyabrından dekabra qədər isə "Yuventus"da baş məşqçi əvəzi olub. O, arxada qalan müddətdə 3 dəfə İtaliya, 1 dəfə İngiltərə çempionu olub, vətənində 2 Superkubok qazanıb.Məşqçilik fəaliyyətindən öncə isə Alessio İtaliyanın müxtəlif klublarında çıxış edib. Sabiq yarımmüdafiəçi "Avellino" (1984-87 və 1997), "Yuventus" (1987-92), "Bolonya" (1988-89, icarə), "Bari" (1992-95), "Kosensa" (1995-97) və "Modena" (1998) klublarında forma geyinib. Alessio "Yuventus"un futbolçusu kimi UEFA kuboku və İtaliya kubokunu başı üzərinə qaldırıb.Milli.Az