“Facebook”un auditoriyası 9% yüksəlib

“Facebook”un auditoriyası 9% yüksəlib
17:35 31 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

“Facebook” sosial şəbəkəsində istifadəçilərin məlumat itkisi ilə bağlı bir sıra skandallara baxmayaraq, onun auditoriyası yüksəlməyə davam edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin dördüncü rübü üzrə hesabata görə, hər gün 1,52 milyarddan çox istifadəçi “Facebook” sosial şəbəkəsindən istifadə edir ki, bu da ötən illə müqayisədə 9% daha çoxdur. Həmçinin ay ərzində 2,32 milyard istifadəçi ən azı bir dəfə sözügedən sosial şəbəkədən istifadə edir ki, bu da ötən illə müqayisədə 9% çoxdur.
 
Təxminən 2,7 milyard nəfər hər ay “Facebook”, “Instagram”, “WhatsApp” və ya “Messenger”dən istifadə edir.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-58988-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR