Həkimlər ürəyi dayanan şəxsi 2,5 saat sonra həyata qaytarıblar

Həkimlər ürəyi dayanan şəxsi 2,5 saat sonra həyata qaytarıblar
22:42 2 Fevral 2019
136 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çin həkimləri 150 dəqiqə kliniki ölüm vəziyyətində olan şəxsi həyata qaytara biliblər.Milli.Az e-tibb.az-a istinadən bildirir ki, həkimlər dayanmış ürəyi 2 saat yarım masaj etməklə yenidən işə salmağa nail olublar.İnadkar həkimlərin səyi nəticəsində baş vermiş möcüzə bu il yanvarın 2-də Çinin Lyaonin əyalətinin Ənənəvi Çin Təbabəti Unibversitetinin nəzdindəki xəstəxanada qeydə alınıb.20 həkim Çjan adlı kişinin ürəyini növbə ilə masaj edərək bir saniyə belə dayanmayıblar. 150 dəqiqə davam edən klinki ölüm müddətində həkimlər xəstənin sinəsini təxminən 15 min dəfə masaj ediblər.Çində reanimasiya tədbirləri üçün 50 dəqiqə nəzərdə tutulur. Lakin bu dəfə istisna olub və həkimlər xəstənin xilası üçün səylərini dayandırmayıblar. Çünki tibbi cihazlar cüzi də olsa, ürək fəaliyyətini qeydə alıb. Məhz bu, həkimlərin ruhdan düşməməsinə və xəstəni xilas etməsinə stimul verib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/725141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR