"Yuventus"un futbolçusu Kriştianu Ronaldu A Seriyasının 22-ci turunda "Parma"yla qarşılaşdıqları matçdan sonra fikirlərini bildirib.Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu 3:3 hesabıyla bitən oyunu belə şərh edib:"Futbol, belə bir oyundur. Qol vurduğum üçün xoşbəxtəm, ancaq nəticə yaxşı deyil. Parma səhv etməyimizi gözlədi və bundan yararlandı. Ən yaxşı komanda olduğumuz üçün hamı "Yuventus"u izləyir. Bütün komandalar bizi məğlub etməyin yollarını axdarır.Komandaya və texniki heyətə inancım çoxdur. Narahat olmamalı, sakit qalmalıyıq".Qeyd edək ki, A Seriyasında "Yuventus" 60 xalla 1-ci, Napoli isə 51 xalla 2-ci pillədə qərarlaşıb.Milli.Az