"Maraqlı oyun keçdi. Hər iki komanda özünü yaxşı tərəfdən göstərdi".
Metbuat.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə oyundan sonra açıqlamasında deyib.
"Qarşıdakı oyunlar bizim üçün daha ağır olacaq. Adi bir səhv qolla nəticələndi. Rəqib komanda müdafiədə daha diqqətli oldu. Epizodlardan istifadə edə bilmədik", - deyə Qurbanov söyləyib.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla