Ölkəyə gələn ​ərəb turistlərin sayı azalıb

“Keçən illə müqayisədə hazırda ölkəyə gələn xarici turistlərin sayında azalma müşahidə olur”.

Bu sözləri qış turizmiylə bağlı Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, turistlərin sayının azalmasında əsas səbəb ölkələr arasındakı rəqabətdir:

“Qış turizmi deyəndə Qəbələ, Quba, Qusar zonası yada düşür. Azərbaycan vətəndaşları rayonlarımıza daha çox həftə sonları üz tuturlar. Əsas turist ölkəmizdə ərəb ölkələrindən gələn vətəndaşlar hesab olunur ki, hazırda onların sayında azalma var. Bu da rəqabətlə bağlıdır. Bu gün bütün ölkələr ərəb turistlərini özlərinə cəlb etməyə çalışır, bu istiqamətdə işlər görürlər. Bu səbəblə, ölkələr arasında qızğın rəqabət yaranır.

Mart ayında Novruz bayramıyla əlaqədar bu il də ölkəyə gələn turistlərin sayında artım yaşanacaq. Bu da ilk növbədə İran bazarıyla bağlıdır. Bilirsiniz ki, İranda Novruz bayramı qeyd olunur. Bu səbəblə, mart ayında Azərbaycana İrandan çox sayda turist gələcək. Tehrandan Azərbaycana uçuşlar həmişə olub, amma bu ildən Təbrizdən də paytaxta birbaşa uçuşlar həyata keçirilir. Bu səbəblə, ötən illərlə müqayisədə bu il ölkəmizə İrandan daha çox turist gələcək.

Bildiyiniz kimi, keçən il İranda iqtisadi stabillik pozulmuşdu. Onların yerli valyutası devalvasiyaya məruz qaldığından ölkəmizə az sayda turist gəlmişdi. Hazırda İran rialının qiyməti keçən illə müqayisədə normaya düşüb. Bu səbəblə, ölkəyə bu il daha çox turist gələcək. Həmçinin, bu il Azərbaycandakı bəzi otellər qiymət artımından da yan keçiblər. Bu da daha çox turist gəlməsinə səbəb olacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Evinə su filtri almaq istəyənlər, DİQQƏT! - Bunlara əməl edin – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR