Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
11:08 5 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 08.02.2018-ci il tarixində saat 12:00-da Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Trend-in məlumatına görə, vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Hacıqabul rayonunda 021 2043101

Şirvan şəhərində 021 2151515

Sabirabad rayonunda 021 2355155

Saatlı rayonunda 021 2852123

nömrəli telefonlara zəng etmələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/it/3014980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR