Hindistanda "donuz qripi"ndən ölənlərin sayı 2 ayda 226 nəfərə çatıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat verib.
Yeni ildən bu günə qədər 6601 nəfər donuz qripndən xəstəxanaya müraciət edib. Onlardan 2030 nəfərin son bir həftə ərzində müraciət etdikləri bildirilib.
"Donuz qripi" olaraq bilinən H1N1 virusuna bağlı ən çox ölüm hallarına Racastan əyalətində rast gəlinib. Bu il 2263 nəfər donuz qripinə yoluxub, onlardan 85 nəfər dünyasını dəyişib.
Aysel Yaqubqızı / Metbuat.az
Bu şəxslər tam təmənnasız həkim müayinəsindən keçə BİLƏCƏKLƏR- DİQQƏT!